ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-Yorkda ona qarşı maliyyə sənədlərinin saxtalaşdırılması işində ittiham edilməsinə səs verməsindən sonra iki həftə ərzində kampaniya üçün 15,4 milyon dollar alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə bazar günü CNN Trampın seçki qərargahına istinadən məlumat yayıb.
Tramp kampaniyasının nümayəndələrinin fikrincə, ianələrin bu artımı ona qarşı ittihamlar irəli sürüldükdən sonra tərəfdarların onun ətrafında necə toplaşdığını göstərir. Bildirilir ki, hüquqi problemlər Trampa həm siyasi, həm də maliyyə baxımından xeyir verib.