Alimlər günəş aktivliyinin artması barədə xəbərdarlıq edirlər
Ucnoqta.az xəbər verir ki, günəş aktivliyinin pik nöqtəsinə 2023-2024-cü illərdə çatacaq. Müvafiq açıqlamanı Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun baş elmi işçisi Sergey Boqaçev verib.
Fizik qeyd edib ki, Günəşin aktivliyi müəyyən ritmlə qalxıb-düşür və onun yüksəliş və enişinin tam dövrü 11 il davam edir.
Dəyişikliklər müntəzəm olaraq baş verir, buna görə də onları proqnozlaşdırmaq olduqca asandır. Günəş aktivliyi bu ilin sonu və gələn ilin əvvəlində maksimum həddə çatacaq.
Bu, çoxlu sayda partlayış və maqnit qasırğalarında ifadə olunacaq. Həssas dərisi olan insanlar isə ultrabənövşəyi radiasiyadan qorunmaq üçün tədbirlər görməlidirlər.