Bayden Konqresi silah dövriyyəsi ilə bağlı qanunları sərtləşdirməyə çağırıb

05:00 - 17 Aprel 2023 - DÜNYA

ABŞ prezidenti Co Bayden Ştatlarda yeni atışma hadisəsindən sonra Konqresi yenidən silahların dövriyyəsi ilə bağlı qaydaları sərtləşdirməyə çağırıb

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, o cümlədən hücum silahları qadağan etmək və istehsalçılardan onların məhsullarından istifadə üçün qanuni toxunulmazlığı aradan qaldırmağa çağırıb.

Bayden deyib ki, silahlar Amerikada uşaqların bir nömrəli qatilidir və rəqəmlər azalmır, yalnız artır.

ABŞ lideri vurğulayıb ki, silahların təhlükəsiz saxlanmasını, eləcə də hər hansı satış üçün məlumatların yoxlanılmasını tələb etmək Konqresin səlahiyyətindədir.

Xəbər xətti