Sonuncu İran şahı Rza Pəhləvinin böyük oğlu yaxın günlərdə İsrailə səfər edəcək
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail hökumətinin mətbuat xidməti bildirib. Bildirilir ki, İran İslam İnqilabından əvvəl vəliəhd şahzadə titulu daşıyan xarici qonağı İsrailin kəşfiyyat naziri Gila Gamliel qəbul edəcək.
Səfər zamanı Pəhləvi bu il İsraildə aprelin 17-dən 18-dək qeyd olunan rəsmi mərasimlərdə iştirak edəcək.
Pəhləvi İsrailə açıq səfərlər etmiş şəxslər arasında ən yüksək rütbəli iranlı şəxs olacaq. İsrail hakimiyyəti bu səfərin məqsədini “İsrail ilə İran xalqı arasında körpünün yaradılması və Ayətullah rejiminə birgə müqavimətin ifadəsi” adlandırır. Hesabatda iki dəfə qeyd olunur ki, Pəhləvi İranda “taxtın varisi”dir.