Alabama ştatının Dadeville şəhərində baş verən atışmada azı 4 nəfər ölüb
Ucnoqta.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarına istinadən "The Hill" qəzeti məlumat yayıb. Məlumata görə, 20-dən çox adam yaralanıb.
Qeyd edilir ki, insident rəqs studiyasında yeniyetmənin 16 yaşını qeyd edən zaman baş verib.