Tanzaniyada 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, təbii fəlakətin ocağı 2 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.