Danimarka səfiri Türkiyə XİN-ə çağrılıb

21:02 - 14 Aprel 2023 - DÜNYA

Türkiyə Xarici İşlər Nazirliyi Skandinaviya ölkəsində Quran və Türkiyə bayrağına "hücum"la əlaqədar cümə günü Danimarkanın Ankaradakı səfirini çağırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Bu gün Danimarkada Qurani-Kərimə və şanlı bayrağımıza qarşı törədilən iyrənc hücumu pisləyirik. Söz azadlığı adı altında bu mənfur hücumlara yol verilməsi qəbuledilməzdir.  Danimarka səfiri Ankarada nazirliyə çağırılaraq bu məsələ ilə bağlı mövqeyimiz ona çatdırılıb”, - bəyanatda deyilir.

Xəbər xətti