Böyük Britaniyanın baş naziri Rişi Sunak və Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Ucnoqta.az xəbər verir ki, söhbət çərçivəsində tərəflər Ukrayna böhranı, Kiyevə silah tədarükü, eləcə də rŞimali Atlantika Alyansı arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.
“Baş nazir bildirib ki, Böyük Britaniya və onun müttəfiqləri Ukraynanın döyüş meydanında son nailiyyətlərini möhkəmləndirmək üçün mümkün olan ən güclü mövqedə olmasını təmin etməyə davam etməlidirlər. Buraya qısa və uzunmüddətli perspektivdə NATO ilə qarşılıqlı fəaliyyətin artırılması daxildir.
Söhbət zamanı siyasətçilər Kiyevə hərbi dəstəyin sürətləndirilməsindən də danışıblar.