Əvvəllər İndoneziyanın Qərbi Papua əyalətində Yeni Zelandiya pilotunu əsir götürən Azad Papua Hərəkatının hərbi qanadının silahlıları yerə enməyə gələn mülki təyyarəni atəşə tutublar.
Ucnoqta.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "The Jakarta Post" məlumat yayıb.
Polisin məlumatına görə, hücum zamanı xəsarət alan olmayıb. Hüquq-mühafizə orqanları hadisə baş verən ərazidə təhlükəsizliyi təmin edir.