Rusiya Qərbdəki aktivlərinin blokdan çıxarılmasını tələb edir

14:12 - 14 Aprel 2023 - DÜNYA

Rusiya Mərkəzi Bankın Qərbdə dondurulmuş aktivlərinin blokdan çıxarılmasını tələb edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Biz bütün bunların qarşısının alınmasını tələb edirik və bunu qanunsuz hesab edirik. Biz əminik ki, bunu hansısa yolla legitimləşdirmək cəhdi uğursuzluğa məhkumdur", - Peskov deyib.

Peskov Rusiya Federasiyasının dondurulmuş aktivlərinin Ukraynadakı münaqişə bitdikdən sonra Rusiyaya qaytarılmalı olacağını vurğulayıb.

Xəbər xətti