ABŞ PUA-ları məhv edən lazer HHM sisteminin prototipini sınaqdan keçirib

13:42 - 14 Aprel 2023 - DÜNYA

ABŞ ordusu pilotsuz təyyarələri məhv etmək üçün nəzərdə tutulmuş qısa mənzilli lazer hava hücumundan müdafiə sisteminin prototipini uğurla sınaqdan keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Ordusunun Sürətli Qabiliyyətlər və Kritik Texnologiyalar İdarəsinin rəhbəri Robert Raşa istinadən “Defence News” məlumat yayıb.

“Stryker” döyüş maşınlarının təchiz edilməsi üçün seçilən lazerin sınaqları Arizona ştatındakı böyük “Yuma” poliqonunda aparılıb.

Lazerlərin pilotsuz təyyarələri vurmaqda yaxşı olduğu, lakin raketlərin, eləcə də artilleriya və minaatanların vurulmasında hələ də problemlərin olduğu bildirilib.

Məlumata görə, bu hava hücumundan müdafiə sistemlərinin hazırlanmasının dəyəri yüksək olsa da, ondan bir atış adi mərmilərdən istifadə etməkdən daha ucuz başa gəlir.

Bundan əvvəl hərbi elmlər doktoru Konstantin Sivkov Rusiyanın "Kinzhal" hipersəs raketini Amerikanın AGM-183A ARRW raketi ilə müqayisə edib. Sonuncuların sınaqları martın 13-də baş tutub.

Xəbər xətti