Çinin müdafiə naziri Li Şanqfu aprelin 16-19-da Rusiyaya səfər edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefei məlumat verib.
"Rusiya müdafiə naziri Sergey Şoyqunun dəvəti ilə Li Şanfu aprelin 16-19-da Rusiya Federasiyasına rəsmi səfər edəcək", - nazirliyin WeChat səhifəsində deyilir.
Səfər zamanı Li Şanfunun Rusiya hərbi komandanlığı ilə danışıqlar aparacağı bildirilir. Bundan əlavə, Çin Müdafiə Nazirliyinin rəhbəri rusiyalı hərbçilərin hazırlanması üçün təhsil müəssisəsinə baş çəkməyi planlaşdırır.
Tan Kefeinin sözlərinə görə, son illərdə iki ölkə liderlərinin rəhbərliyi altında Çin və Rusiya ikitərəfli ordulararası əlaqələri yüksək səviyyədə saxlayıblar.
"Çin və Rusiya Federasiyası strateji dialoqu davam etdirir və birgə təlimlər keçirir", - o xatırladıb.