Hava şəraiti ilə əlaqədar Amerikanın SpaceX şirkəti tərəfindən ilk türk müşahidə peyki IMECE-nin orbitə buraxılması ləğv edilib.
Ucnoqta.az xəbər verir kmi, bu barədə Türkiyənin TRT telekanalı Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından məlumat verib.
Starta 28 saniyə qalmış güclü külək səbəbindən ləğv edilib. Əvvəlcə peykin aprelin 11-də orbitə buraxılması nəzərdə tutulsa da, sonra hava şəraiti ilə əlaqədar orbitə buraxılması da təxirə salınıb. Yeni buraxılışın tarixi və vaxtı dəqiqləşdirilməyib.