Pentaqonun məxfi sənədlərini sızdıran şəxsi hansı cəza gözləyir?

08:01 - 14 Aprel 2023 - DÜNYA

Pentaqonun məxfi sənədlərini sızdırmaqda şübhəli bilinən 21 yaşlı Cek Teyşeyra onlarla il həbs cəzası ala bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə The New York Times yazıb.

Məlumata görə, ABŞ-ın baş prokuroru Merrik Qarlandın sözlərindən belə nəticə çıxır ki, şübhəli şəxs casusluq qanununu pozmaqda ittiham olunacaq. Xüsusilə, Birləşmiş Ştatlar Məcəlləsinin 18-ci maddəsinin 793-cü maddəsi (“Müdafiə sahəsinə aid məlumatların toplanması, ötürülməsi və ya itirilməsi”) 10 ilədək həbs cəzasını nəzərdə tutur. Eyni zamanda, NYT vurğulayır ki, şəbəkəyə daxil olan məxfi sənədlərin hər biri üçün sızmanın günahkarına qarşı ayrıca ittiham irəli sürülə bilər.

Xəbər xətti