ABŞ prezidenti Co Bayden Amerikalı müğənni və aktrisa Ledi Qaqanı Prezidentin Mədəniyyət və İncəsənət Komitəsinin həmsədri təyin edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Ağ Evin mətbuat xidmətinin bəyanatında deyilir ki, Ledi Qaqa (əsl adı Stefani Coan Ancelina Germanotta) 13 Qremmi mükafatı qazanıb və kommersiya baxımından tarixin ən uğurlu ifaçılarından biridir. Onun xeyriyyəçilik işlərində və bir sıra ictimai kampaniyalarda fəal iştirak etdiyi vurğulanıb.
Komitənin həmsədri Ledi Qaqadan başqa prodüser Brüs Koen təyin edilib.