Aİ Rusiyaya qarşı 11-ci sanksiyalar paketini təqdim etməyə hazırlaşır

04:57 - 14 Aprel 2023 - DÜNYA

Avropa İttifaqı 11-ci anti-Rusiya sanksiyalar paketini təqdim etməyə hazırlaşır

Ucnoqta.az xəbər verir ki, bu barədə maliyyə xidmətləri, maliyyə sabitliyi və kapital bazarları üzrə Avropa komissarı Mairead Makkinness CNBC telekanalına müsahibəsində bildirib.

O, əlavə edib ki, növbəti sanksiyalar paketi məhdudlaşdırıcı tədbirlərdən yayınma cəhdləri ilə mübarizəyə yönəldiləcək.
"Aİ Rusiyanın sanksiyalardan yayınması üçün heç bir yol olmadığına əmin olmalıdır", komissar vurğulayıb.

Xəbər xətti