Aprelin 13-də Şimali Koreya ilk dəfə olaraq özünün yeni “Hvason-18” bərk yanacaqlı qitələrarası ballistik raketini buraxıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə cümə günü Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Məlumata görə, sınaqlar “qonşu ölkələrin təhlükəsizliyinə mənfi təsir göstərməyib”. Raketin iki pilləsi KXDR-in şərq sahilindən 10 və 335 km məsafədə dənizə düşüb. Qeyd olunur ki, yeni raket ölkənin “strateji silahlı qüvvələrinin əsas vasitəsinə” çevrilməli və qarşısının alınması sistemində mühüm rol oynayacaq.
Buraxılışa Şimali Koreya lideri Kim Çen In rəhbərlik edib.
Kim Çen In bildirib ki, yeni “Hvason-18” KXDR-in əks-hücum nüvə zərbəsi endirmək qabiliyyətini artıracaq.