Fransada 400 minə yaxın insan pensiya islahatına qarşı etiraz edir

23:27 - 13 Aprel 2023 - DÜNYA

Fransada 380 min insan pensiya islahatına qarşı küçələrə çıxıb.

Ucnoqta.az “France24”ə istinadən xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.

Etirazçılarla polis arasında toqquşmaların olduğu bildirilir.

Fransada pensiya islahatının əleyhdarları 12-ci ümummilli tətil keçirirlər. Aksiya Konstitusiya Şurasının hökumət layihəsinin legitimliyi ilə bağlı qərar verməsindən bir gün əvvəl baş verir. Layohə pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutur.

Xəbər xətti