Federal Təhqiqatlar Bürosu (FTB) Pentaqonun məxfi sənədlərinin sızdırılmasında şübhəli bilinən şəxsi həbs edib və onun evində axtarış aparır.
Ucnoqta.az xəbər verir ki, bu barədə New York Times qəzeti məlumat yayıb.
Bildirilir ki, şübhəli şəxs Massaçusets Hava Milli Qvardiyasının kəşfiyyat bölməsinin üzvü 21 yaşlı Cek Teyşeyradır.
O, 20-30 istifadəçinin daxil olduğu Discord platformasında Thug Shaker Central qrupuna rəhbərlik edir.