Türkiyə və Misirin xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sameh Şükri iki ölkə liderlərinin görüşünün perspektivlərini müzakirə edib və bu cür danışıqların hazırlığına başlayıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə Mövlud Çavuşoğlu Ankaraya rəsmi səfərə gələn Şükri ilə keçirdiyi mətbuat konfransında bildirib.
"Ölkələrimiz arasında münasibətlərin canlanması prosesi başlayıb, diplomatik sahədə işlər gedir, konkret addımlar atılır. Liderlər səviyyəsində növbəti danışıqlar nəzərdə tutulur. Biz planları müzakirə etməyə, belə bir görüşü hazırlamağa başlamışıq", - Çavuşoğlu bildirib.