Polşa Almaniyadan MiQ-29-ların Kiyevə çatdırılması üçün icazə istədi

15:47 - 13 Aprel 2023 - DÜNYA

Polşa hakimiyyəti rəsmi olaraq Almaniya hökumətindən Kiyevə Sovet istehsalı olan qırıcıların tədarükünə icazə verməsini xahiş edib

Ucnoqta.az xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya Nazirlər Kabinetindəki mənbələrə istinadən məlumat yayıb.

Söhbət Almaniya ölkənin birləşməsindən sonra Polşaya verdiyi çoxməqsədli MiQ-29 qırıcılarından gedir.

Xatırladaq ki, aprelin 5-də Polşa prezidenti Anjey Duda bəyan edib ki, Varşava ümumilikdə 14 MiQ-29 qırıcısını Kiyevə təhvil verəcək və onların nüsxələrini NATO standartlarına uyğunlaşdıracaq.

Xəbər xətti