ABŞ-ın Florida ştatında güclü yağışdan sonra fəlakətli daşqın başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Watchers” məlumat yayıb. 12 saat ərzində ştata bir ayda yağan yağışdan 5 dəfə çox yağıntı düşüb.
Qeyd edək ki, burada aprel ayında orta aylıq yağıntı 89 mm-dir, lakin cəmi 12 saat ərzində 500 mm yağıntının miqdarı orta aylıq yağıntının beş qatından çoxdur.
ABŞ meteoroloji xidməti Hollivudda və digər ərazilərdə nadir daşqınla bağlı fövqəladə vəziyyət elan edəcək.
Daşqın çox sayda insanın avtomobillərində və evlərində sıxışıb qalmasına səbəb olub. Çoxlu sayda tərk edilmiş avtomobillər küçələrdə qalıb.
Tarixi daşqın səbəbindən bütün uçuşlar ləğv edilib və hava limanları bağlanıb. Yerli hakimiyyət orqanları da məktəbləri iki gün bağlayıb.
Təbii fəlakət nəticəsində on minlərlə insan işıqsız qalıb.
Emin