Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə Polşanın mərhum prezidenti Lex Kaçinskinin şərəfinə təsis edilən qeyri-hökumət Polşa Promethean Mükafatı verilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Novosti-Georgia” məlumat yayıb.
Mükafat Saakaşvilinin anası Giuli Alasania və onun dostu, fransız yazıçısı və jurnalisti Bernard Henri Levyə verilib.
Avropa Parlamentinin üzvü və Polşanın keçmiş xarici işlər naziri Anna Fotıqa mükafatlandırma mərasimində prezident Saakaşviliyə “dostluğuna və ideallara sədaqətinə görə” təşəkkür edib.
“Ona söz vermək istərdim ki, onun Polşada və ya başqa ölkədə müalicəsi üçün əlimizdən gələni edəcəyik. Biz bunun baş verməsi üçün Gürcüstan hökumətinə təzyiq göstərməyə davam edəcəyik”.
"Saakaşvili və prezident Kaçinski “dost olublar”. Ümid edirəm ki, bütün işiniz oğlumun sağ qalmasına imkan verəcək" - Giuli Alasania deyib.
Polşa Prezidenti Andrey Duda mükafat laureatlarına təbriklərini çatdırıb.