Ermənistan sərhədlərin delimitasiyasına hazırdır - Paşinyan

12:12 - 13 Aprel 2023 - DÜNYA

Ermənistan Praqa və Soçidəki razılaşmalar əsasında sərhədin delimitasiyasına hazırdır

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Paşinyanın sözlərinə görə, Ermənistan Azərbaycanla sərhəddə qoşunların qarşılıqlı çıxarılmasına hazırdır:

 “Eyni zamanda, bütün çətinliklərə baxmayaraq, biz bütün regional məsələlərin, Qarabağ məsələsinin və Ermənistan-Azərbaycan münasibətlərinin sülh yolu ilə diplomatik həlli siyasətinə sadiqliyimizi və iştirakımızı davam etdiririk. Ermənistan da əvvəllər elan olunmuş prinsiplər əsasında nəqliyyat və iqtisadi regional marşrutlar açmağa hazırdır”, - Paşinyan bildirib.

Xəbər xətti