Tramp ifadə vermək üçün Nyu-Yorka gəlib

11:49 - 13 Aprel 2023 - DÜNYA

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-York ştatının baş prokuroruna maliyyə sənədlərinin saxtalaşdırılması ilə bağlı iş üzrə ifadə vermək üçün Manhettenə gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə o, özünün Truth Social sosial şəbəkəsində yazıb.

O, həmçinin ABŞ Ədliyyə Nazirliyini və ABŞ prezidenti Co Baydenin ətrafını korrupsiyada və qarşıdan gələn seçkilərə müdaxilədə ittiham edib.

Tramp həmçinin ABŞ xalqının seçkilərə müdaxiləyə və konstitusiyanın təhrifinə dözməyəcəyinə ümid etdiyini bildirib.

Xəbər xətti