Beynəlxalq tərəfdaşlar Kiyevə bərpa üçün 115 milyard dollar uzunmüddətli dəstək verəcəklər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal məlumat verib.
“Bu, təkcə maliyyə sabitliyimizi təmin etməyəcək, həm də aydın siqnal verəcək ki, Ukraynanın müttəfiqləri bizə lazım olan müddətdə dəstək verəcəklər”, - deyə Ukraynanın baş naziri bildirib.
Şmıqalın sözlərinə görə, 2023-cü ildə sürətli bərpa layihələri üçün 14 milyard dollar lazımdır. Kiyev beş prioritet bərpa sektorunda bütün tapşırıqları yerinə yetirmək üçün 2023-cü ilin yayında bütün lazımi vəsaiti toplamaq niyyətindədir.