Rusiya, Çin, İran xarici işlər nazirləri və Pakistanın xarici işlər üzrə dövlət naziri Səmərqənddə Əfqanıstanın qonşularının nazirlər konfransı çərçivəsində görüş keçirirlər.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, iclas başlamazdan əvvəl Sergey Lavrov, Qin Gang, Hossein Amir Abdollahiyan və Rabbani Khar birlikdə şəkil çəkdiriblər, daha sonra görüş qapalı formatda davam edib.
Konfransda Tacikistan, Türkmənistan və Özbəkistanın xarici işlər nazirləri də iştirak edir. İştirakçılar Əfqanıstanın siyasi nizamlanmasının təşviqi, bu ölkədə humanitar və sosial-iqtisadi vəziyyətin sabitləşdirilməsi, habelə regional iqtisadi inteqrasiyanın inkişafı və Kabilin iştirakı ilə nəqliyyat və enerji layihələrinin həyata keçirilməsi üzrə gələcək addımları müzakirə edəcəklər.