Son sutkada Ukraynada Rusiya silahlı qüvvələrinin daha 540 hərbçisi həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, Rusiyanın Ukraynadacanlı qüvvə itkilərinin sayı 180590-a çatıb.
Bundan əlavə, ötən gün Rusiya ordusunun 10 zirehli texnikası, 7 artilleriya sistemi, 1 hava hücumundan müdafiə sistemi, 5 PUA, 7 avtomobili, 1 xüsusi texnikası məhv edilib.