Çin ordusunun 26 təyyarəsinin Tayvan adasına yaxınlaşması qeydə alınıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi "Twitter"də bildirib. Məlumata görə, ölkənin silahlı qüvvələri bir gündə Çin Xalq Azadlıq Ordusunun 26 təyyarəsinin adaya yaxınlaşdığını qeyd edib.
14 təyyarə Tayvan boğazının “median xəttini” keçərək adanın hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub.
Eyni zamanda, Tayvan tərəfi vəziyyəti izləmək üçün hava və dəniz patrulu göndərib və yerüstü raket sistemlərini hazırlıq vəziyyətinə gətirib.