Yaponiya, ABŞ və Cənubi Koreya KXDR-in raket buraxılışını pisləyiblər

08:12 - 13 Aprel 2023 - DÜNYA

Yaponiya Xarici İşlər Nazirliyinin Asiya və Okeaniya departamentinin direktoru Takehiro Funakoşi, ABŞ-ın KXDR üzrə xüsusi nümayəndəsi Son Kim və Koreya Respublikasının Xarici İşlər Nazirliyinin yarımadada sülh və təhlükəsizlik üzrə xüsusi nümayəndəsi Kim Qon  telefon danışıqları zamanı Şimali Koreyanın raket buraxılmasını  kəskin şəkildə pisləyiblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı materialda deyilir.

Qeyd olunur ki, tərəflər insidenti “dünya ictimaiyyətinə açıq və ciddi çağırış” adlandırıblar. Bununla əlaqədar olaraq, danışıqlar iştirakçıları Tokio, Vaşinqton və Seul arasında, o cümlədən təhlükəsizlik sahəsində sıx əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Xəbər xətti