Şimali Koreyanın Yapon dənizinə ballistik raket buraxdığı ehtimal edilir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya Sahil Mühafizəsi məlumat yayıb.
Yapon mühafizəçiləri bölgədəki gəmiləri raket parçaları aşkar edilərsə, onlara yaxınlaşmamağa, dərhal səlahiyyətlilərlə əlaqə saxlamağa çağırır. Yaponiyanın Müdafiə Nazirliyi hazırda Pxenyanın yeni raket buraxılışı ilə bağlı məlumat toplayır.
Şimali Koreya tərəfindən buraxılan ballistik raket Yaponiyanın iqtisadi zonasından kənarda dənizə düşüb.
Yaponiyanın baş naziri Fumio Kişida KXDR ballistik raketinin buraxılmasından sonra gəmilərin və təyyarələrin təhlükəsizliyinin təmin edilməsi barədə göstəriş verib.