Ukraynanın baş naziri Deniz Şmıqal ABŞ-dan Kiyevi uzaqmənzilli raketlər və qırıcılarla təmin etməyi xahiş edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Pentaqonun saytı məlumat yayıb. Məlumata görə, ABŞ-da səfərdə olan Ukraynanın baş naziri Denis Şmıxal ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə görüşü zamanı ondan Kiyevi uzaqmənzilli raketlər və qırıcılarla təmin etməyi xahiş edib.
“Biz bu müharibədə qalib gələcəyik. Lakin buna daha tez və daha az itki ilə nail olmaq üçün Ukraynanın hələ də intensiv hərbi dəstəyə ehtiyacı var”, - Şmıxal bildirib.
Onun sözlərinə görə, Kiyevə daha çox hava hücumundan müdafiə sistemləri, ağır artilleriya, minaatan və sursat lazımdır. Bundan əlavə, o, ABŞ-dan Ukraynaya uzaqmənzilli raketlərin və F-15 və ya F-16 qırıcılarının təhvil verilməsi imkanlarına yenidən baxmağı və bununla da liderliyini nümayiş etdirməyi xahiş edib.