ABŞ Norilsk Nikel idarə heyətinin üzvü Aleksey Başkirov və onunla əlaqəli olduğu iddia edilən şirkətlərə qarşı sanksiyalar tətbiq edib.
Ucnoqta.az xəbər verir ki, bu barədəDövlət Departamentinin yaydığı məlumatda deyilir. Qeyd olunur ki, məhdudiyyətlər Norilsk Nikelin özünün bloklanmasına səbəb olmayacaq.
Məlumata görə, Dövlət Departamenti Norilsk Nikel şirkətinin Direktorlar Şurasının üzvü Aleksey Başkirovun şəbəkəsini siyahıya alır. Başkirovun və onun sahib olduğu və ya nəzarət etdiyi təşkilatların siyahılara daxil edilməsi Norilsk Nikelin bloklanmasına gətirib çıxarmayacaq.