Suriyanın xarici işlər və mühacirlər naziri Faysal Mikdad Səudiyyə Ərəbistanına səfər edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mətbuat Agentliyi məlumat yayıb.
Məlumata görə, Suriyanın xarici işlər naziri Ciddədə “Suriyanın birliyi, təhlükəsizliyi və sabitliyi təmin edilməklə, Suriya böhranının siyasi həllinə nail olmaq səylərinə həsr olunmuş” danışıqlar aparacaq. Həmçinin qeyd edilir ki, Səudiyyə Ərəbistanı rəsmiləri ilə görüşlərdə “suriyalı qaçqınların vətənlərinə qayıtmasının asanlaşdırılması və Suriyanın son zəlzələdən zərər çəkmiş bölgələrinə humanitar yardımın çatdırılmasının təmin edilməsi” məsələlərinə toxunulacaq.