İspaniya Ukraynaya gəmi əleyhinə “Harpun” raketlərini çatdırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov ispaniyalı həmkarı Marqarita Robleslə birgə mətbuat konfransında bildirib.
O, bəyan edib ki, Ukrayna Hərbi Dəniz Qüvvələri NATO ölkələri ilə xidmətdə olan Ukrayna istehsalı olan “Neptun” gəmi əleyhinə raketləri və Amerikanın “Harpun” raketlərindən istifadə etməyə qadirdir.
Bundan əvvəl ABŞ və Danimarkanın Ukraynanı gəmi əleyhinə “Harpun” raketləri ilə təchiz etdiyi bildirilirdi.