Moskva Ermənistandan açıqlama tələb edir

16:28 - 12 Aprel 2023 - DÜNYA

Moskva Ermənistanın NATO ilə birgə təlimlərdə iştirakı ilə bağlı İrəvandan açıqlama istəyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Biz erməni tərəfdaşlarımızdan NATO təlimlərində iştirakı ilə bağlı rəsmi açıqlamalar istədik. Cavab aldıqdan sonra reaksiyamız barədə qərar verəcəyik”.
Onun sözlərinə görə, İrəvanın öz ərazisində KTMT manevrləri keçirməkdən imtina etməsi təəssüf doğurur və regional təhlükəsizliyin gücləndirilməsinə töhfə vermir.

Xəbər xətti