Aİ ukraynalı əsgərin başının kəsilməsinə münasibət bildirib

16:29 - 12 Aprel 2023 - DÜNYA

Bu, Rusiya təcavüzünün qeyri-insani mahiyyətinin növbəti təsdiqi olacaq

Ucnoqta.az xəbər verir ki, bunu Avropa Komissiyasının mətbuat katibi Nəbilə Massralı Rusiya hərbçisi tərəfindən ukraynalı əsgərin başının kəsildiyi görüntülərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, videonun həqiqiliyi təsdiqlənməlidir, lakin təsdiqlənərsə, bu, Rusiya təcavüzünün qeyri-insani mahiyyətinin növbəti təsdiqi olacaq.

 "Hərbi əsirlərin öldürülməsi Cenevrə Konvensiyasının ciddi şəkildə pozulmasıdır və bu, bir daha nümayiş etdirir ki, Rusiya beynəlxalq hüquqa və xüsusən də beynəlxalq humanitar hüquqa tamamilə məhəl qoymur. Aİ bütün günahkarları və cinayət ortaqlarını məsuliyyətə cəlb etməyə hazır olduğunu vurğulayır”.

Xəbər xətti