Rusiya XİN Ermənistanın sərhəddə törətdiyi təxribata münasibət bildirib

14:19 - 12 Aprel 2023 - DÜNYA

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxaraova Ermənistanın ötən gün Azərbaycanla sərhəddə törətdiyi təxribata münasibət bildirib.

Ucnoqta.az xəbər verir ki, Mariya Zaxarova keçirdiyi brifinqdə deyib ki, ərazidə olan Rusiya FTX-nin sərhəd xidmətləri dərhal Ermənistan və Azərbaycan tərəfləri ilə əlaqə saxlayıb və deeskalasiya tədbirləri görülüb.

Onun sözlərinə görə, insident bir daha qarşılıqlı təmkin və üçtərəfli razılaşmalara əməl olunmasının zəruriliyini təsdiqləyir.

Xəbər xətti