ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Rişi Sunak Belfastda görüş zamanı Ukraynadakı hadisələri müzakirə edəcəklər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Amanda Sloat məlumat verib.
Pentaqon və ABŞ kəşfiyyat məlumatlarının sızmasını şərh edən Sloat vurğulayıb ki, Vaşinqton bu mövzunu müttəfiqləri və tərəfdaşları ilə müzakirə edir. İki lider arasında söhbət əsasən Şimali İrlandiya iqtisadiyyatına investisiyalara həsr olunacaq.