Ermənistan parlamenti müxalif Ermənistan fraksiyasından olan deputat Mher Saakyanın toxunulmazlığından məhrum edilməsi barədə qərar qəbul edib
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, parlament ona qarşı cinayət işinin başlanmasına razılıq verib.
Məlumata görə, deputatlar gizli səsvermə yolu ilə baş prokurorun deputat Mher Saakyana qarşı ictimai cinayət təqibinin başlanmasına dair vəsatətini təsdiqləyiblər.
Qeyd edək ki, martın 31-də parlamentdə Saakyan və hakim partiyadan olan deputat Vladimir Vardanyanın iştirakı ilə insident baş verib. İstintaqın versiyasına görə, Saakyan yüksək tonuna görə Vardanyana əsassız irad bildirib, sonra ona yaxınlaşıb və zərbə endirib.