"Nə Ukrayna, nə Rusiya tərəfinə silah satılmayacaq" - Müdafiə naziri

12:04 - 12 Aprel 2023 - DÜNYA

Serbiya Müdafiə Nazirliyi Ukraynaya silah tədarükünü rədd edir

Ucnoqta.az xəbər verir ki, bu barədə Serbiya Müdafiə naziri Miloş Vuçeviç deyib. Onun sözlərinə görə, bu cür bəyanatlar dəfələrlə təkzib edilməli olub. O, bir daha Serbiyanın heç bir tərəfə silah vermədiyini və bunu etmək niyyətində olmadığını bildirib.

"Biz artıq 10 dəfədən çox yalanı inkar etmişik, indi də bunu təkrar edirik. Serbiya nə Ukrayna, nə Rusiya tərəfinə, nə də bu münaqişəni əhatə edən ölkələrə silah satmayıb və satmayacaq" dedi.

O, silahlardan danışarkən vurğulayıb ki, Serbiya onları yalnız münaqişədən uzaq üçüncü ölkələrə satır və bu silahlar başqa ölkələrə çatarsa, bu, artıq beynəlxalq normalara hörmətsizlikdir.

Xəbər xətti