Türkiyənin Ankara şəhərində yaşayış binasında partlayış baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Habertürk” telekanalı məlumat yayıb.
Partlayış yaşayış binasının üçüncü mərtəbəsində baş verib.
Əraziyə yanğınsöndürmə və tibb qrupları, eləcə də polis göndərilib.
Hadisə zamanı yaralanan 1 nəfərin xəstəxanaya aparıldığı bildirilir.