Rusiyanın itkiləri 180 mini ötdü

10:35 - 12 Aprel 2023 - DÜNYA

Son sutkada Rusiya silahlı qüvvələrinin daha 730 hərbçisi Ukraynada həlak olub.  

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bununla da Rusiyanın Ukraynada başladığı xüsusi əməliyyatın başladığı müddətdən indiyə qədər 180050 hərbçisi həlak olub.  

Bundan əlavə, ötən gün Rusiya ordusu 2 tank, 5 zirehli texnika, 5 artilleriya sistemi, 2 PUA, 10 maşın, 3 xüsusi texnika itirib.

Xəbər xətti