Monqolustan və Çindən gələn güclü toz fırtınası Yaponiyanın cənub-qərb bölgələrini əhatə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Qeyd olunur ki, bir sıra bölgələrdə, o cümlədən Şimane, Fukuoka, Naqasaki, Yamaquçi, Tottori və Saquda görmə qabiliyyəti ciddi şəkildə pozulur, bununla əlaqədar hakimiyyət orqanları sürücülərə yollarda diqqətli olmaları barədə xəbərdarlıq edib.
Həmçinin, sözügedən rayonların sakinlərinə evdən çıxarkən maskalardan istifadə etmək tövsiyə olunur. Uşaqlardan çöldə oynamamaq xahiş olunur.
Meteoroloqlar bildirirlər ki, yaxın günlərdə toz buludu Yaponiyanın demək olar ki, bütün ərazisini əhatə edə bilər.