Rusiya Müdafiə Nazirliyi Həştərxan vilayətindəki Kapustin Yar poliqonundan qitələrarası ballistik raketin buraxılışının görüntülərini nümayiş etdirib.
Ucnoqta.az xəbər verir ki, raketin təlim döyüş başlığı Qazaxıstanın Sarı-Şaqan poliqonunda şərti hədəfi verilən dəqiqliklə vurub. Bildirilir ki, başlanğıc tapşırıqları tam şəkildə yerinə yetirilib.
Strateji Raket Qüvvələri tərəfindən həyata keçirilən buraxılışı aprelin 12-nə keçən gecə Rusiya Müdafiə Nazirliyi elan edib. Buraxılışın məqsədi qitələrarası ballistik raketlərin qabaqcıl döyüş texnikasını sınaqdan keçirmək olub.