Vaşinqtonun Kiyevə yardımı davam edəcək - Blinken Kuleba ilə danışdı

05:16 - 12 Aprel 2023 - DÜNYA

ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığı aparıb

Ucnoqta.az xəbər verir ki, Blinken Vaşinqtonun Kiyevə ərazi bütövlüyünü bərpa etməkdə kömək etməkdə davam edəcəyini və ona hərbi dəstək verəcəyini bildirib. Dövlət katibi bunu Pentaqonun rəhbəri Lloyd Ostin və Filippinin xarici və milli müdafiə nazirləri Enrike Manalo və kiçik Karlito Qalvez ilə keçirdiyi mətbuat konfransında Pentaqonun məxfi sənədlərinin sızması ətrafında vəziyyətlə bağlı sualı cavablandırarkən deyib.

Blinken həmçinin Kulebaya ABŞ və digər ölkələrin Ukraynaya hərbi dəstəyinin davam edəcəyini bildirib.

Emin

Xəbər xətti