Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirir

23:00 - 11 Aprel 2023 - DÜNYA

Kanada Rusiyadan olan 14 fiziki və 34 hüquqi şəxsə, o cümlədən Wagner hərbi qrupu ilə əlaqəli şəxslərə, həmçinin Belarusun maliyyə sektoru ilə bağlı doqquz müəssisəyə qarşı sanksiyalar tətbiq edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Kanadanın Baş naziri Castin Trüdo bildirib.

“Bu gün biz 14 rusiyalıya və 34 təşkilata, o cümlədən Vaqner qrupu ilə əlaqəli olanlara qarşı yeni sanksiyalar elan edirik" - Trüdo deyib.

Bundan əlavə, Kanadanın baş naziri məlumat verib ki, “Belarusun maliyyə sektoru ilə əlaqəli doqquz təşkilata qarşı sanksiyalar tətbiq edilir”.
 
O cümlədən, ölkə Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanov və müdafiə nazirinin müavini Nikolay Pankova qarşı sanksiyalar tətbiq edib.
Baş nazir Ottava Rusiya Federasiyasına “təzyiqləri artırmaq” üçün belə bir addım atıldığını vurğulayıb. 

Xəbər xətti