Çində quş qripindən ilk insan ölümü qeydə alınıb

19:59 - 11 Aprel 2023 - DÜNYA

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu yaxınlarda H3N8 quş qripi diaqnozu qoyulan çinli qadının öldüyünü və bu virusun alt növündən qeydə alınan ilk insan ölümü olduğunu bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə BNO News yazır.

Martın 26-da Quandun əyalətinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi Zhongşan şəhərindən olan 56 yaşlı qadının infeksiyaya yoluxması barədə məlumat verib.

ÜST-ün məlumatına görə, xəstə ağır pnevmoniya ilə xəstəxanaya yerləşdirilib, onun bir sıra xroniki xəstəlikləri də var.

Qadının xəstələnməmişdən əvvəl bazarda diri ev quşları ilə təmasda olduğu məlum olub və bazardan götürülmüş ətraf mühit nümunələrində H3 quş qripi üçün test müsbət çıxıb. Onun evindən götürülən nümunələr mənfi olub.

Xəbər xətti