Türkiyəli xanım həyat yoldaşını axtarmaq üçün "Səni axtarıram"a çıxdı - VİDEO

12:30 - 11 Aprel 2023 - MAQAZİN

Türkiyəli Ebrar xanım üç il əvvəl onu, anasının xərçəng xəstəsi olduğunu bəhanə edərək qoyub gedən həyat yoldaşı Turalı axtarmaq üçün "Səni axtarıram" verilişinə üz tutub.

Ucnoqta.az xəbər verir ki, Ebrar Turalla 18 yaşı olarkən universitetə hazırlaşan zaman tanış olub. O, bildirib ki, Tural da o zamanlar Karabük universitetində oxuyurdu. İki il sevgi münasibətindən sonra evləniblər və Ebrar 7 aylıq hamilə olarkən yoldaşı onu anasının xəstə olduğu ilə aldadaraq Azərbaycana qayıdıb və bir müddət sonra da onunla bütün əlaqələr kəsilib.

Xanımın dediyinə görə, Turalın Azərbaycanda da, sevgilisi olub və onu da aldadıb. Ebrar xanım çox peşman olduğunu bildirir və Turalın tapılmasını istəyir. Qeyd edək ki, bu münasibətdən onların üç yaşlı oğlu da var.

Aytac

Xəbər xətti