Akademik Milli Dram teatrının bədii rəhbəri Azər Paşa Nemətovun vəfatından sonra yaranan müzakirələr səngimək bilmir.
Belə ki, "Əqrəb mövsümü" serialının aktyoru Hikmət Rəhimov Azər Paşa Nemətovun dünyasını dəyişdiyi gün "Facebook" hesabında paylaşım edib: "Elə yaşayın ki, bir gün bu planetdən sizi aşırdanda, bir heç olduğunuzu tanrı qarşısında anlayasınız. Sənə heç bir rəhmət düşmür, sənə bunu demişdim. İndi o anı yaşayıram. Allah həqiqətən böyükdür".
Modern.az-ın məlumatına görə, aktyor Fərhad Mərdanoğlu (Səmimi Fərhad) geniş müzakirələrə səbəb olan paylaşımı sərt tənqid edib.
"Diri, ölüyə rəhmət oxumasa da, lənət oxuyacaq qədər kiçik və acizdir!!! Allah ikinizə də rəhmət eləsin! Qoy bu da burda qalsın… Rəhmətlikdən məndə razı deyildim, nə işindən, nə özündən. Bəs, sən necə öləcəksən?
Sən o adamsan ki, dost, qardaş deyib süfrəmin başında əyləşib, qıraqda haqqımda olmazın söhbətlərin eləyib, onunla da kifayətlənməyib, ölkədə büdcəsi ən çox (250,000 AZN) olan layihədə (Əqrəb Mövsümü) "iki balamı qəbirə qoyum büdcə çox zəifdi, buna çəkilsən sonrası yaxşı olacaq" deyib, 10 çəkiliş gününə cəmi 1000cə manat təklif elədin. Məndən faiz tutmaya və yaxud məni dəvət etməyə də bilərdin. Mənsə bundan xəbər tutanda artıq çəkilirdim və yarımçıq qoyub getmədim. Emil Quliyev isə öz növbəsində qonararıma əlavə etdi. Bunun hesabını sənə soranda, bir-iki şilləyə görə həkimdən ekspert kağızı alıb, ordan da polisə qaçdın. Hansı ki, bir cılız uşağı vurmuşdun, səni polisə verdi deyə hər yerdə "işverən" deyib dalınca danışırdın. İndi də xəbərin çatır kimlərlə birləşib nələr danışırsınız, siz olan layihələrdən məni necə burursunuz. O adamlar ki, onların haqqında mənə və bir çoxlarına nələr danışıb, nə söyüşlər söyüb və indidə onlarla öpüşüb, görüşürsən. Çünki zəifsən. Sənətin olmasaydı, bəlkə də səni başa düşərdim, indi çıx de ki, belə olmayıb. Lazım olsa adbaad deyərəm".